Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb

Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
17 2024 11:25

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.

"Report"un ABŞ bürosu xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə keçən görüşdə ABŞ-nin müxtəlif ştat və şəhərlərində yaşayan gənc həmvətənlərimiz iştirak ediblər.

Görüşdə NAYORA-nın sədri Rafael Hacıbəyli gəncləri salamlayıb və ABŞ-də ölkəmizi təmsil edən azərbaycanlı gəncləri bir yerə toplamaqdan məmnunluğunu dilə gətirib. R.Hacıbəyli belə görüşlərin bundan sonra da mütəmadi olaraq keçiriləcəyini deyib.

Daha sonra çıxış edən nazir Fərid Qayıbov bildirib ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir və yalnız Azərbaycanda deyil, dünyanın dörd bir yanında olan azərbaycanlı gənclərə olan diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Nazir ABŞ-də Azərbaycanı yüksək səviyyədə təmsil edən və üçrəngli bayrağını beynəlxalq arenalarda dalğalandıran gənclərin uğurlarını yaxından izlədiyini deyib.

O, diqqətə çatdırıb ki, ABŞ-də ölkəmizi təmsil edən gənc idmançılara dəstəyini əsirgəməyəcək və yaxın gələcəkdə həmin gənclərlə bağlı layihələr həyata keçiriləcək. F.Qayıbov gənclərin problemləri ilə də yaxından tanış olub, onlara öz tövsiyələrini verib.

ABŞ-də fəaliyyət göstərən idmançılar adından çıxış edən Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, ABŞ-də yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı uzaq Amerikada daima Azərbaycan hökumətinin diqqət və qayğısını hiss etdiklərini deyib. Ötən il qurulan Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının ABŞ-nin müxtəlif ştat və şəhərlərində müxtəlif idman növlərində aktiv fəaliyyət göstərən 50-dən çox üzvü olduğunu deyən gənc idmançı onların uğurları barəsində F.Qayıbovu məlumatlandırıb.

E.Xanoğlanlı təşkilatın üzvlərinin getdikcə artığını bildirib. O, idamançılarımızın ABŞ-də qarşılaşdıqları müxtəlif problemlər barədə də nazirə məlumat verib. Bildirib ki, idmançılarımızın birlikdə fəaliyyəti və beynəlxalq yarışlara səmərəli hazırlığı üçün idman zallarına və texniki ləvazimatlara ehtiyac var. F.Qayıbov məsələni diqqətdə saxlayacağını və yaxın gələcəkdə bununla bağlı layihələrin reallaşacağını dilə gətirib.

İki saatdan çox davam edən görüşdə nazir və gənclər arasında müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.


29 Apr 2024
İdman

Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar

Azərbaycanın çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət U-18 yığmaları Türkiyədə təlim-məşq toplanışı keçəcəklər.

29 Apr 2024
İdman

Azərbaycan şahmatçısı Avropa çempionu olub

Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

29 Apr 2024
İdman

Azərbaycan şahmatçısı Almaniya çempionu olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniya Bundesliqasının qalibi olub.

29 Apr 2024
İdman

Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb - FOTO

Azərbaycanın iki bədii gimnastı Serbiyanın paytaxtı Belqradda keçirilən “Ritam Cup” beynəlxalq turnirində beş medal qazanıb.

29 Apr 2024
İdman

Azərbaycan cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq bu günə qədər ən yaxşı nəticəni əldə edib (1993-cü ildən bəri).